Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 2018-ci il 23 noyabr saat 17:00-da “Birlik” adlı beynəlxalq sərgi keçirilir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksinin dünyanın bir sıra peşəkar nüfuzlu rəssamlarının, o cümlədən, həvəskar rəssamların sərgisini birlikdə təşkil etməkdə əsas məqsədi “Saf rənglər” V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməkliyə təşəkkür xarakteri daşıyır.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşəbbüsü ilə öz fəaliyyətinə başlayan “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqət çəkən hadisə oldu. Festivalın beynəlxalq miqyasda tanınması son beş il ərzində nəzərə çarpacaq dərəcədə artmış, coğrafi əhatə dairəsi genişlənərək – 2013-cü ildə 16 iştirakçı-ölkədən, 2015-ci ildə 30 ölkəyə çatmışdır. 2016-cı ildə vernisaj və müsabiqədə 37 ölkədən uşaq və yeniyetmələr iştirak etmiş, Azərbaycandan 23 studiya və məktəbləri öz nailiyyətlərini nümayiş etdirmiş və 700 iştirakçı təqribən 1200 rəsm işi təqdim etmişlər. Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmələr iştirak edir, Azərbaycandan 23 studiya və məktəbləri öz nailiyyətlərini nümayiş etdirmiş və 720 iştirakçı 1069 rəsm işi təqdim etmişlər. Hər bir ölkə və studiya, ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq sərgi üçün ən parlaq naliyyətlərini nümayiş etdirən rəsm işlərini təqdim etmişdilər.
“Birlik” adlı beynəlxalq sərgidə Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin həyat yoldaşı Edit xanım Orteqanın və Rusiyalı rəssam Natalya Kornetova, (TİSA) The İnternational School of Azerbaijan nümayəndəsi Nicola Beale və digər qonaqların əsərləri sərgilənəcəkdir. Həmçinin ölkəmizdə yetərincə tanınan azərbaycanlı rəssamlar Cəlal Ağayev, Ülviyyə Paşayeva və digərlərinin əsərləri nümayiş olunacaqdır.
Sərginin açılış mərasimi 23 noyabr saat 17:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.
“Birlik” adlı beynəlxalq sərgi bir həftə davam edəcəkd
ККрасота и здоровье
ЖЖара 2019
РРестораны и кафе
ООбразование
ВВсе для детей
ККоронавирус
ЧЧего хотят женщины?
ГГде провести Новый год?
ЧЧто подарить на Новый год?
Birlik adlı beynəlxalq sərgi
Рецензия
Объявления
Фильтры