AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan "Rəqəmsal Qiymətləndirmə Metodları: KAHOOT" adlı növbəti seminarını təqdim edir. 

Texnologiyalar hər sahədə olduğu kimi təhsil sahəsində də ildən ilə dəyişir və inkişaf edir. Şagirdlər texnologiyalardan istifadə etməyə uyğunlaşır və bu da kağız vasitəsilə olan primitiv qiymətləndirmənin rəqəmsal qiymətləndirmə ilə əvəz olunmasına səbəb olur. 

Təlim ərzində rəqəmsal qiymətləndirmə üsullarından olan KAHOOT proqramının istifadəsini öyrənmək və auditoriyada praktiki şəkildə tətbiq etmək nəzərdə tutulur.

Tarix: 30 noyabr 2018-ci il
Saat (eyni seminar iki növbədə): 10.00 -11.00 və 15.00-16.00
Təlimçi: Ramin Sultanov

Qeydiyyat: https://goo.gl/forms/eVJehL9fbPIN3OiK2

*Qeyd edək ki, qeydiyyat hər növbə üçün 10 nəfər (cəmi 20) üçün nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan saydan sonra qeydiyyat başa çatacaqdır və qeydiyyatın bağlanmasını səhifəmizdə elan edəcəyik. Qeydiyyat bitənə qədər formu doldurub qeydiyyatdan keçən hər bir şəxs seminarda iştirak edə bilər. 

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi 
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi. 
Zərifə Əliyeva adına liseylə üzbəüz.

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

See More