"Öz Sözün Olsun!" layihəsi MİL Şəbəkəsi və Y - PEER Azerbaijan tərəfindən gənclərin vətəndaş cəmiyyətində aktivliyini artırmaq, insanların həyatında müsbət dəyişikliyə və daha yaxşı cəmiyyət quruculuğunda iştirakına dəstək vermək məqsədi ilə 17 noyabr - 16 dekabr, 2018 tarixlərində, həftəsonları olmaqla həyata keçiriləcək.

Göstərilən müddətdə keçiriləcək silsilə təlimlər MİL və Y-PEER , həmçinin digər gənc təşəbbüskar qruplarının bacarıqlarının artırılmasına və eyni zamanda onlar arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. 

Modul təlimlər əsasən iki istiqamətdə keçiriləcək:
- ToT- (Training of Trainers) təlimçilər üçün təlim
- PDM- (Project Development and Management)- layihələrin hazırlanması və idarə edilməsi 

Qeyd edək ki, təlim proqramı Y-PEER-in beynəlxalq standartlı dərslikləri əsasında hazırlanmışdır və Y-PEER şəbəkəsinin təlimçiləri Namiq Abdullayev və Sevinc Səmədzadə tərəfindən fasilitasiya ediləcək. 

"Öz Sözün Olsun!" layihəsi gənclərə MİL və Y-PEER Şəbəkələrinin mandatında olan mövzularla daha yaxından məlumatlanmaq, təlimçilik, layihə idarəetməsi kimi praktiki bacarıqlara yiyələnmələrinə töhfə verməklə yanaşı, öyrəndikləri bilik və bacarıqları digər gənclərlə bölüşmələri üçün ortaq platformada şəbəkələşmə imkanı da yaradacaq. 

Layihəyə 18-25 yaş aralığında MİL Şəbəkəsi, Y-PEER Azərbaycan məzunları və digər təşəbbüskar qrupların üzvləri müraciət edə bilərlər. Layihədə iştirak ödənişsizdir və Bakıda həyata keçiriləcək.

Təlim günləri: 17-18, 24-25 noyabr, 1-2, 8-9, 16-17 dekabr (həftəsonları), 2018.
Müraciət üçün son tarix: 10 noyabr 2018
Müraciət anketi: https://goo.gl/forms/rDrSrdPA3b2oxQhG3


Əlaqə: [email protected]
[email protected]
www.facebook.com/milsebekesi
www.facebook.com/ypeerazerbaijan