Əziz velosiped həvəskarları!

Sağlam Düşüncə" Gənclər Təşkilatı sizləri 2 dekabr 2018-ci il tarixində Sumqayıt şəhərində təşkil ediləcək “Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası - 2 Layihəsinin açılış tədbiri olan "Ümumdünya QİÇS-lə Mübarizə günü"-nə həsr olunmuş velo-yürüşdə iştirak etməyə dəvət edir.

“Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək və maarifləndirmə işinin təşkilidir.

Tədbirin proqramı:
11:00 - Toplanış (Sumqayıt Heydər Əliyev Parkı)
11:00-11:30 - Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı, 
11:30-11:45 - Yürüş iştirakçılarına layihənin loqosu əks olunmuş köynəklərlə təmin edilməsi.
11:45-12:00 - Yürüşə hazırlıq, sıralanma 
12:00-13:00 - Velo-yürüş (15 KM Şəhər içi marşrut)
13:00 - 14:00 - Çay süfrəsi (Sumqayıt Nəsimi Parkı)

***Yürüşdə iştirak ödənişsizdir və iştirak üçün qeydiyyat vacibdir. Yürüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
>>> https://goo.gl/7ZqF16 

Sumqayıt velo-yürüşünün marşrutu və toplaşma nöqtəsi.
>>> https://goo.gl/z2JQPQ >> 
Toplaşma yeri Sumqayıt Heydər Əliyev mərkəzinin qarşısı

Son qeydiyyat tairixi : 30.11.2018 | 18:00

Qeydlər:
*** İştirak üçün minimum yaş həddi 16-dır.
*** Yürüşdə iştirak etmək üçün dəbilqənin olması vacibdir. Bununla bağlı yardıma ehtiyacınız olarsa xahiş edirik bizə bildirəsiniz və qeydiyyat formunda qeyd edəsiniz.
*** Bu yürüş Sumqayıt həvəskar velosipedçiləri üçün təşkil edildiyindən yürüşə Bakıdan 15dən artıq qoşulmaq istəyən velosipedçi qeydiyyatdan keçdiyi təqdirdə nəqliyyat təşkil ediləcək. Öncədən anlayışınız üçün təşəkkür edirik.

***
Əlaqə:
Telefon: +994558237290
Email: [email protected]