Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirlən "Respublika Gənclər Debat Forumu: Payız 2018" layihəsinin bağlanış və mükafatlandırma mərasimi 3 Dekabr 2018-ci il tarixində baş tutacaqdır.

“Respublika Gənclər Debat Forumu” Respublikanın paytaxtı Bakı şəhərini və 12 regionunu (Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam, Biləsuvar, Şirvan və Sabirabad rayon və şəhərləri) əhatə edir. İlboyu 2 mövsüm çərçivəsində keçirilən forum 2000-dən çox gənci özündə birləşdirir. Hər bir regionun ali təhsil müəssisələrində təlimlərlə yanaşı, daxili və regional turnirlər həyata keçirilir. Adları çəkilən rayon və şəhərlərdə gənc debatçılar ölkəmiz üçün prioritet olan müxtəlif aktual mövzularda problemləri araşdıraraq debatlar aparır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli 2867 nömrəli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2018” çərçivəsində Bakı şəhəri və 12 regional nümayəndəlikdə yerləşən ali və orta ixtisas təhsili müəssisələrində 1000 gəncin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlər, turnirlər və forumlar “Dövlətlərin sahib olduğu hərbi gücün sivil münasibətlərin inkişafında rolu” mövzusu ətrafında reallaşdırılıb.