Almanyada təhsil
Təlimçi haqqında məlumat
-Almaniya Federativ Respublikası, Saarland Universiteti, Avropa İnstitutunun məzunu (Avropa hüququ üzrə magistr); 
-Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil ilə bağlı müxtəlif təqaüd proqramlarının iştirakçısı (təcrübə, elmi araşdırma, alman dili kursları).
Başlanğıc seminarın mövzusu:
§ Almaniyada təhsil - Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Almaniyada təhsil ilə bağlı təklif etdiyi imkanlar;
§ Almaniyada təhsilə dair təqaüd proqramlarında iştirak etmək məqsədilə yazılan əsaslandırma məktublarının məzmunu ilə bağlı məsləhətlər.
Danışıq kursu zamanı əhatə olunacaq mövzular:

1. İştirakçıların maraqları, ixtisasları nəzərə alınmaqla seçiləcək mövzular;

2. Gündəlik alman dili - Müxtəlif şəraitlərə uyğun dialoqlar;

3. Hüquq, iqtisadiyyat və s. sahələrə dair mövzular (Məs. Azərbaycan Respublikasının Konstitusiyası, dövlət quruluşu və s.);

4. “Deutsche Welle” – „Alman Dalğası” internet kanalının gündəlik aktual xəbərlər rubrikasının köməyilə dünyada baş verən siyasi, iqtisadi və s. sahələrə dair mövzular.
Qeydiyyat linki: https://docs.google.com/…/1FAIpQLSdWYMddf75ucCRPjp…/viewform