ELSA Azərbaycan sizi 15 dekabr (şənbə günü), saat 11:00-da baş tutacaq “Mülki hüquqda iddia müddətləri" mövzusunda keçiriləcək panel müzakirəyə dəvət edir!
Panel müzakirə ərzində aşağıdakı məsələlər müzakirə ediləcək:
- İddia müddətlərinin mahiyyəti,nəzəri və praktiki əsaslar;
- İddia müddətlərinin kəsilməsi,dayandırılması,bərpası; təcrübədə bununla bağlı problemlər.
- İddia müddətləri və kəsici müddətlərin fərqi, bununla bağlı məhkəmə təcrübəsi;

Panel müzakirə ərzində 
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (bakalavr, magistr) və Syracuse Universitetinin Biznes hüququ üzrə magistr məzunu, 2014-cü ildə Beynəlxalq Anti-korrupsiya Akademiyasını bitirmiş, həmin ildə Riqada hüquq və iqtisadiyyat üzrə, 2015-ci ildə isə İstanbul Bilgi Universitetində “Amerikan Hüquq Sistemi və Hüquqi Yazı” mövzusunda proqramda iştirak etmiş, 2011-ci ildə prokuror köməkçisi kimi işləmiş, daha sonra prokuror və böyük prokuror vəzifəsində çalışmış, 2015-ci ildə OECD-də hüquqşünas kimi fəaliyyət göstərmiş, "Omni" hüquq şirkətinin hüquqşünası, Bakı Dövlət Universitetinin müəllimi Samir Mahmudov;
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (bakalavr və magistr) məzunu, Ankara Universitetində doktorantura təhlili almış, Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti, Ankara Universitetinin hüquq elmləri doktoru, 2014-cü ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ekperti, 20-dən artıq elmi əsərin müəllifi, 50-dən artıq beynəlxalq konfrans, seminar və simpoziumun iştirakçısı və məruzəçisi, Bakı Dövlət Universitetinin müəllimi Natiq Əsgərov
öz bilik və təcrübələrini panel müzakirə zamanı iştirakçılarla bölüşəcəkdir.

İştirak hüququ qazanan hər bir şəxsə sertifikat veriləcəkdir!
Panel müzakirədə iştirak ELSA Azərbaycan üzvləri üçün ödənişsizdir. Qeyri-üzvlər üçün isə 5 AZN iştirak haqqı nəzərdə tutulmuşdur.
İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsilə məlumat veriləcəkdir!

Keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

https://goo.gl/forms/HiVl0j2MJo1PcjhK2

Qeydiyyat üçün son tarix: 14 dekabr 23:59.

QEYD:

Yerlərin sayı məhdud olduğundan qeydiyyat formu gözlənildiyindən erkən bağlanmışdır. Diqqətiniz üçün minnətdaram!