Sizi böyük məmnuniyyətlə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin (ŞAMA) vərəm proqramı (TB REP) çərçivəsində İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə və Vərəm əleyhinə QHT Koalisiyasının təşəbbüskarlığı ilə Azərbaycanda həyata keçirilən Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfransa dəvət edirik. 
Konfransda 3 il (2016-2018) ərzində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunmuş nailiyyətlər və gələcək hədəflər barəsində məlumat veriləcək, regionlarda aparılan vərəmlə bağlı maarifləndirmə kampanyalarına dair video çarx nümayiş olunacaqdır.

Vərəmlə mübarizə aparan Azərbaycan və Türkiyə vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə Koalisiyanın fəxri qonağı "İstanbul vərəm savaş dərnəyi"nin rəhbəri, Göğüs hastalıkları və Tüberküloz Ana Bilim Dalı uzmanı Prof. Dr. Zəki Kılıçaslan da tədbirdə iştirak