Baletin qısa məzmunu

Qoyya həyatının sonunda.

O tənha və xəstədir, demək olar ki, eşitmə qabiliyyətini tamamilə itirmişdir. Gözünün qarşısında xəyallar canlanır - keçmişinə aid personajlar qəribə fiqur-simvollara çevrilir, yaradıcılığına məxsus mövzular və bütün həyatı boyu ona əzab verən obrazlar isə əksinə insan cildində görünür. Qəribə yarıyuxulu və yarıoyaq vəziyyətlər - xatirə və düşüncələr, sevdiyi insanlar və təsadüfi yolçular, məşhur əsərlər və "Kapriços"dan dəhşətlər... Uzun, hadisələr və ehtiraslarla zəngin ömür sürən və artıq həyatla vidalaşmaqda olan rəssamın daxili dünyası belədir. Onun yuxuları və xəyalları - retrospektivdir, pilləkəndir və bu pilləkənlə biz onunla pillə - pillə aşağı enir və keçmişini vərəqləyirik.