Hüseyn Cavid. “Şeyx Sənan”

Yaş həddi: 16+

Quruluşçu rejissor – Cənnət Səlimova Xalq Artisti Görkəmli dramaturqun əslində böyük toleorantlıq ideyası ilə yazdığı bu pyesdə mənəviyyatlar savaşı ilə insanlar üz-üzə dayanmışlar. Böyük Cavid sülhpərvər duyğularına həm də İlahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazmışdır. Faciə janrında olan pyes və onun əsasında hazırlanmış tamaşaya baxan hər tamaşaçı özünün belə bir qənaətini dəqiqləşdirməyə çalışır: yaşadığım bu dünyada düzmü mövqe tutmuşam? Insanlığa, bəşəriyyəttə nə dərəcədə xeyrim dəyib? Öz ilk eşqi yolunda əzizlərindən, dinindən keçən Şeyx Sənan hətta donuz tövləsini təmizləməyə, boynundan xaç asmağa belə razılaşır. Lakin mövhumat və dini ayrıseçkilik hərisləri onu Xumarına qovuşmağa mane olurlar. Ona görə də bu sevgililər xilas yolunu intiharda görürlər. Özünün sekulyarlığı və didaktik cəhəti ilə məxsusi fərqlənən bu pyesdə iki millətin nümayəndələri, iki din və əqidə daşıyıcıları arasında baş verən hadisələr tamaşaçıda dərin təəxssüf hissi oyatmaqla yanaşı, həm də müasir dünyada, demokratik bir cəmiyyətdə yaşayan millətinə fərəh hissi ilə baxmağa sövq edir. Tamaşanın klassik üslubda geyimi, diqqətçəkən dekorasiyası, həm də gözəl musiqi dramaturgiyası var.