Bakıda dünyanı velosipedlə dolaşan müəllifin kitabı təqdim ediləcək

Azərbaycanlı gənc 885 günə dünya ətrafında səyahət edib

Bakucity.az xəbər verir ki, 15 fevralda Bakıda Tural Abbasovun "Mənim dünya səyahətim" adlı kitabı oxuculara təqdim ediləcək.

Tural Abbasov 2,5 il ərzində 4 qitə, 26 ölkəyə səyahət edərək, ümumilikdə 28 835 km yol qət edib. Bununla o, uşaqlıq arzusunu həyata keçirib.

Kitabın təqdimatı 15 fevral saat 15:00-da Azərkitab Kitab Mərkəzində baş tutacaq.

Ünvan: Məhəmməd Naxçivani 1 (Dövlət Statistika Komitəsi ilə üzbəüz)