“Sehrli Novruz”

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək. Martın 22-də milli bayramımız Novruz münasibətilə Sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.
Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını və illuziya şousunu izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31