“Muğam Dünyamız”

    Martın 24-də Heydər Əliyev Sarayında “Muğam Dünyamız” adlı Novruz bayramına həsr olunmuş konsert keçiriləcək.

   Muğam gecəsində Beynəlxalq və Respublika Muğam musabiqələrinin qalibləri və laureatları Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Könül Məmmədli, Ariz Hüseynov, Nisbət Sədrayeva, Babək Quliyev, Sədəf Budaqova, Elgiz Əliyev, Almaxanım Əhmədli, Məhəbbət Səfərov, Qızılgül Babayeva, Mustafa Mustafayev, Gülzar Fərəcova, Ağaşükür Nəsirov və başqaları iştirak edəcəklər. Muğam sevənlərə muğam və təsniflərimiz təqdim olunacaq.

   Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.azsaytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

   Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30