8 aprel tarixində dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, YUNESKO-nun Xoşməramlı səfiri – Denis Matsuyev Heydər Əliyev Sarayının səhnəsində solo praqramı ilə çıxış edəcək.
Denis Matsuyevın adı rus fortepyano məktəbinin ənənələri ilə, konsertlərin dəyişilməz keyfiyyəti,
yaradıcılıq konsepsiyalarının yeniliyi və bədii interpretasiyaların dərinliyi ilə ayrılmaz surətdə bağlıdır.
Onu haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri adlandırırlar.
Musiqiçinin sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına XI Beynəlxalq müsabiqəsindəki
qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev – dünyanın ən yaxşı konsert zallarının arzuolunan
qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya
ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.
Denis Matsuyevın səhnə partnyorları arasında dünyaca məşhur ABŞ kollektivləri (Nyu York, Çikaqo,
Pittsburq, Sinsinnati simfonik orkestrləri), Almaniya (Berlin filarmoniyasının orkestrləri, Bavaria radiosu,
Leypsiqin Gewandhaus-u), Fransa (Milli Orkestr, Paris Orkestri, Fransız radiosunun Filarmonik orkestri,
Tuluza Kapitoliyasının Orkestri), Böyük Britaniya (BBC Orkestri, Londonun simfonik və Filarmonik
orkestrləri, Şotlandiya Kral Milli Orkestri), və həmçinin La Scala teatrı, Vyana Simfonik, Rotterdam
Filarmonik, Budapeştin və Verbyenin Festival orkestrləri mövcuddur. Bunların hamısı pianoçunun dünya
musiqi elitasının arasında yüksək reytinqinin sübutudur.
Pianoçunun solo proqramla triumfal çıxışı Nyu Yorkun Karnegi Xollunda 2007-ci ilin noyabrında baş
tutmuşdur. 2008-in sentyabrında isə nəhəng Sony Music şirkəti tərəfindən "Denis Matsuev. Concert at
Carnegie Hall" albomu buraxılmışdır. “Çaykovski orketri ilə fortepiano konserti № 1 və № 2”
İngiltərənin ən nüfuzlu Gramophone jurnalı tərəfindən 2014-ün aprelində “Ayın Albomu” adına
layiq görülmüşdür. Onun məharətli oyunu haqqında rəylər dəfələrlə New York Times, The
Guardian, Gramophone, Classics Today və s. kimi dünyanın aparıcı nəşrlərində dərc
olunmuşdur.