“Sevilya bərbəri”

 

Yaş həddi: 6+

Müəllif: Coakkino Rossini

Quruluşçu rejissor: Hüseyn Əliyev

Janr: Komedia

Pərdə: 2

Dil: İtalyan

C.Rossini yaradıcılığının zirvəsi hesab edilən “Sevilya bərbəri” operasını 1816-cı ildə qələmə almışdı. Bəstəkar bu komik operanı çox qısa bir müddətdə - cəmi 19-20 gün ərzində yazıb tamamlamışdı. İtaliya milli musiqisi, xalq mahnı və rəqslərindən istifadə etməklə bəstəkar bu əsərdə musiqinin dili ilə işıqlı aləmi, gəncliyin gücü və həyatın gözəlliyini tərənnüm etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilk dəfə 1964-cü ildə “Sevilya bərbəri” operasına müraciət etmiş və Xalq Artisti Şəmsi Bədəlbəylinin quruluşunda onu səhnəyə qoymuşdur. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, rejissor Hüseyn Əliyevin quruluşunda “Sevilya bərbəri” yenidən tamaşaya qoyulmuşdur. 2009-cu ildə teatrda həmin quruluş bərpa edilmişdir. Hazırda “Sevilya bərbəri” operası teatrın repertuarının bəzəyidir.