“Romeo və Cülyetta” (Məhəbbət hekayəsi)

Yaş həddi: 18 +

Müəllif: Uilyam Şekspir

Quruluşçu rejissor: Xalq Artisti Cənnət Səlimova

Baş rolların ifaçısı: Elnur Kərimov, Mirzə Ağa Mirzəyev, Günel Məmmədova, Asya Atakişiyeva

Janr: məhəbbət hekayəsi

Tamaşanın müddəti: I hissə - 1 saat 05 dəqiqə

                                 II hissə - 1 saat 05 dəqiqə

         İki gəncin nakam məhəbbətinə həsr olunmuş “Romeo və Cülyetta” faciəsi özünün ideyası ilə bu gün də aktuallığını qoruyub saxlamışdır. Bu ürək göynədən faciə saf məhəbbət, sədaqət, təmiz insani duyğuları təlqin edir, müasirlərimizin, xüsusilə gənclərin estetik tərbiyəsi üçün ideya daşıyıcısına çevrilir. Tamaşanın maraqlı plastik həlli var və onu gözəl musiqi dramaturgiyası müşayiət edir.