TAMAŞAÇILAR ÜÇÜN BİLDİRİŞ: Tamaşa “qara kabinet” üslubunda hazırlanmışdır. Bu cür quruluşun texniki özəlliklərinə görə, tamaşaçılar aşağıdakı şərtlərə birmənalı riayyət etməlidir: a) gecikməmək (gecikdiyi təqdirdə tamaşaçı zala buraxılmır); b) yaş həddini gözləmək (yaşı 12-dən az olan uşaqlar zala buraxılmır); c) telefon və s. işıqlanan cihazları söndürmək (hətta cüzi ekran işığı tamaşanı pozur). “Leyli və Məcnun” marionet tamaşası ƏTRAFLI: http://marionet.az/az/program/7 “Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun, bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.