Oktyabrın 30-u Baku İdea Lab-da "Ölümsüz Düşüncələr" layihəsi çərçivəsində "Səssizlik" qısametrajlı bədii filminin təqdimatı olacaq.
Filmin məqsədi cəmiyyətizə kitab oxunması vərdişlərinin aşılanmasıdır. Filmin nümayişindən və müzakirəsindən sonra şair Əli Xəyyamın "Bədii qiraətin cəmiyyətdə rolu" mövzusunda məruzəsi olacaq. Təqdimatda həmçinin yazıçı Çingiz Abdullayevin də iştirakı gözlənilir.

Filmdə sosial və mənəvi problemlərindən təngə gəlmiş naşir intihara cəhd edir. Lakin birdən otaqda peyda olan gözlənilməz qonaqlar onunla söhbət etməyə başlayır.

Rejissor, operator, montajçı: Orxan Adıgözəlov
Ssenari müəllifi: Ələmdar Faiq
Aktyor: Bəhruz Vaqifoğlu

Humay Məmmədova və Könül Alıyevanın rəhbəri olduğu "Ölümsüz Düşüncələr" layihəsi "Education HUB" və MitOst Asossiasiyasının dəstəyi ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqi xarakteri daşıyır.

Film Azərbaycan dilində nümayiş olunacaq. 
Vaxt: 30 Oktyabr 2018-ci il
Saat: 19:00
Məkan: Caspian Plaza III korpus, 3-cü mərtəbə
Giriş sərbəstdir.