Beynəlxalq Biznes Forum

Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum.
Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hal-hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcəkdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılmışdır. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir. Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edəcəkdir.

Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Hazırda olacaq digər hadisələr

Seminar
2 dekabr, 10:00
Baku Business School
Online imtahan
9 dekabr, 11:00
Onlayn imtahan - www.dtvedu.com
Musiqili festival
25 - 28 iyul 2019, 19:00
Sea Breeze Resort
sərgi
16 noyabr, 08:00
Bakı Ekspo Mərkəzi

Review

Zəhmət olmasa, şəxsi təcrübəniz əsasında şirkətin işinin keyfiyyətinə dair konstruktiv, əsaslandırılmış və informativ mətn yerləşdirin.

İcazə verilmir : normadan kənar ədəbsizliklərə, təhqir və hədələrə; rəqib olan digər şirkətlərlə birbaşa müqayisəyə; üçüncü tərəf internet mənbələrin linklərini yerləşdirməyə; reklama və öz-təşviqata, şirkətin fəaliyyətləri ilə əlaqədar bəyanatlara.

E-maili daxil edin:
Sizin emailiniz saytda göstərilməyəcək
və ya log_in , for write feedback
Feedback:

Foto yükləyin:
Seçmək
Afişa
Göstərmək
Teqlər
Göstərmək