"Sanset bulvarı"

Yaş həddi: 6+

Müəllif: Viktor Denisov

Janr: Kriminal dram

Dil: Rus

Tamaşanın müddəti: I hissə - 40 dəqiqə

                                    II hissə - 60 dəqiqə

Quruluşçu rejissor: İlqar Safat

Quruluşçu rəssam: İlqar Safat

  1. Denisov «Sanset bulvarı». Qocalan Hollivud ulduzu Norma Demon nəinki peşəsinə, həm də cəmiyyətə qayıtmaq üçün bir vasitə axtarır. Xoşbəxtlikdən, onun əlinin altına yeni başlayan ssenarist Co Gillis keçir,onun köməyi ilə o, yenidən dünyanın kinoekranında  parlamağa, keçmiş  şərəf və şöhrətini qaytarmağa ümid edir. Bunun üçün ssenari yazırlar və burada o, qəhrəman rolunu oynayacağını hesab edir. Norma gəncə aşiq olur. Amma Conun kinostudiyanın redaktoru Betti ilə sevgi-romantik münasibitləri var. Normanın mənzilinə  Betti  gəldiyi zaman, vəziyyət dayanma nöqtəsinə gəlir və partlayış təhlükəsi yaranır.  O, başa düşə bilmir ki: qocalan ulduzla Jonu nə bağlayır? Məlum olanda ki, ssenari yalnız iş masasında deyil, Normanın yataqındada yazılıb, vəziyyət demək olar çıxılmaz hala gəlir. Betti bundan sonra necə hərəkət  edəcək? Norma Conu yanında saxlıya biləcəkmi? Və Co özü kimi seçəcək: məşhurluğa və şöhrətə tramplin kimi görükən Normanı, və ya kinostudiyanın adi redaktoru Bettini. Amma axı redaktorun ssenarini "irəllətmək" üçün real imkanları daha çoxdur, nəinki hamı tərəfindən udnudulmuş ulduzun.  Co nəyi seçəcək?