"Meme"

Yaş həddi: 6+

Müəllif: Natiq Rəsul-zadə

Janr: Ekssentrik komediya

Dil: Rus

Tamaşanın müddəti: I hissə - 55 dəqiqə

                                    II hissə - 50 dəqiqə

Quruluşçu rejissor: Emin Mirabdullayev

Musiqi tərtibatı: Vladimir Neverov (əməkdar mədəniyyət işçisi)

  1. Rəsulzadə “Meme”. Cənablar, kişicəhətlərini mənimsəyən qadınlarla rastlaşmısınızmı? Yox, söhbət nə sufrajist, nədə ki feminist qadınlardan gedir. Söhbət, bizneslə məşğul olmaq qərarına gələn müasir xanımımız barədədir. Ata tərbiyəsi, nənə nəsihətləri, müstəqillik əldə etmək arzusu, onu çətin, kobud, demək olar ki, abırsız insana çevirdi. Onun üçün həm həyat, həm iş, həm insanlarla münasibətlər pul miqdarı ilə ölçülməyə başlamışdır. Onun qarşısına O – ağıllı, təhsilli, yumşaq, adi professor çıxmasa idi, kim bilir, Меме haralara kimi gedəcəkdir. Lakin onların münasibətləri nə vaxtsa toyla bitəcəkmi? Professor gələcəkdə Memenin davranışlarının kişi üslubuna dözə biləcəkmi, yoxsa elmi yoldan ayrılaraq, onun biznesinə rəhbərlik etməyi üstün tutacaq? Ancaq Meme bu addımı atmağa cəsarət edəcəkmi?