"Ah,bu uzun sevda yolu"

Yaş həddi: 13+

Müəllif: Əli Əmirli

Bəstəkar: Siyavuş Kərimi

Janr: Tale dramı

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 60 dəqiqə

                                    II hissə - 55 dəqiqə

Quruluşçu rejissor: Anar Sadoqov

Quruluşçu rəssam: İlham Elxanoğlu

Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı  və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşa xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərinin təzahürü kimi maraqla baxılır. Tamaşada ancaq Mikayıl Müşfiqin nakam taleyi əks olunsa da, əslində, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın, məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.