Arşın mal alan

Küçəsi Müslim Maqomayev, 20
17 noyabr
24 noyabr
1 dekabr
8 dekabr
15 dekabr
22 dekabr

 "Arşın mal alan"

                          12-pərdəlik marionet tamaşası

          Üzeyir Hacıbəyli tərəfindən 1913-cü ildə yazılmış musiqili komediya əsasında

               Tamaşanın quruluş müddəti: 1985–1990-cı illər 
               Fonoqramın lentə alınması: 1988-ci il 

“Arşın mal alan” Üzeyir-bəyin üçüncü və sonuncu operettasıdır. Dünya şöhrətli bu musiqili komediyanın süjeti məşhur xanəndə Məcid-bəyin həqiqətən başına gəlmiş əhvalatdan götürülmüşdür: Şəhərin ən adlı-sanlı tacirlərindən birinin gənc oğlu Əsgər evlənmək fikrinə düşür, amma mütləq əvvəlcə qızı görmək, seçib-bəyənmək istəyir. Bəs, adətləri pozmadan, heç kəsin xətrinə dəymədən bunu necə etsin?.. Kələksiz bu iş düzəlmir: Əsgər əyninə arşınmalçı paltarı keçirib, düşür qapı-qapı qız axtarmağa! Görün bir, bu kələyin üstündə ara necə qarışır, nə cür məzəli əhvalatlar baş verir!..

Quruluşçu-rejissor – Tərlan Qorçu 
Quruluşçu-rəssamlar – Elçin Məmmədov, Tərlan Qorçu 
Musiqi aranjimançısı – Cavanşir Quliyev 
Kukla rəssamları – Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmirə Abbaslı 
Dekorasiya rəssamları – Abas-Əli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadze

Əsas obrazlar / Rolları səsləndirdilər: 

Əsgər, gənc, varlı tacir – İlqar Muradov (vokal), Füzuli Hüseynov (dialoqlar) 
Cahan-xala, Əsgərin xalası – Zərnigar Ağakişiyeva (vokal və dialoqlar) 
Süleyman, Əsgərin dostu – Elxan Əhədzadə (vokal), Ramiz Məlikov (dialoqlar)
Vəli, Əsgərin nökəri – Yasin Qarayev (vokal və dialoqlar) 
Sultan-bəy, qoca, kasıblamış bir zadəgan, dul qalıb – Siyavuş Aslan (vokal və dialoqlar) 
Gülçöhrə, Sultan-bəyin qızı – Xuraman Qasımova (vokal), Məlahət Abbasova (dialoqlar)
Asiya, Gülçöhrənin əmisi qızı – Nəcibə Hüseynova (vokal və dialoqlar) 
Telli, Gülçöhrənin qulluqçusu – Nuriyə Əhmədova (vokal və dialoqlar)

Aktyorlar: 

Əli Allahverdiyev / Mehman Musabəyli 
Səbuhi Yaqubov / Həsən Yaqubov 
Zaur Məmmədov / Hikmət Aydınoğlu 
Nazim Hüseynov / İlqar Rəsulov 
Ramiz Əliyev, Rizvan Ələsgər


QISA MƏZMUNU: 


BİRİNCİ AKT 


  1. Əsgərin evində 
    Gənc tacir Əsgərin dərdi var: o, evlənmək fikrindədir, amma bilmir necə etsin ki, qızı özü seçsin, axı o dövrün adətinə görə bəy gəlini yalnız toydan sonra görə bilər... Əsgərin dünyagörmüş dostu Süleyman ona yol göstərir: tacir Əsgər qapı-qapı mal gəzdirən kasıb arşınmalçıya çevrilərsə, istənilən evə girib, qızları görüb, könlünə yatanı gözaltı edib evlənə bilər… 

    2. Bakının küçələrində 
    Əsgər arşınmalçı cildində şəhəri gəzib-dolaşır, ürəyinə yatan qız axtarır, amma hələm-hələm tapa bilmir. Bu yandan da iki qoçu onun yolunu kəsib, münasib qiymətə Əsgərin düşmənlərini öldürməyi təklif edir, sonra isə Əsgərin özünü hədələyirlər. Onların qorxusundan Əsgər inanılmaz bir tullanışla hasardan aşıb gözdən itir… 

    3. Sultan-bəyin həyətində 
    Gülçöhrə pərişandır, çünki ümidsiz bir qərara gəlib: “Oğlanı görməyincə, bəyənməyincə, ərə getməyəcəyəm…” Əmisiqızı Asiya ilə qulluqçusu Telli onu bu fikirdən daşındıra bilmirlər. Birdən həyətlərinə göydən bir oğlan düşür. Bu, arşınmalçı Əsgərdir. Oğlan Gülçöhrəni görən kimi ona aşiq olur. Qız da bir könüldən min könülə Əsgərə vurulur. Eşq-məhəbbət mehi aləmi bürüyür. 

  2. Bakının küçələrində 
    Sevgi hissi Əsgəri bəxtəvər etmişdir... Onun sadiq köməkçisi Vəli də ağasının sevinci ilə qanadlanıb, xoşbəxt olmuşdur... 

    5. Sultan-bəyin həyətində 
    Əsgər öz xalasını Gülçöhrəyə rast gəldiyi ünvana gətirib. Cahan-xalanı öz həyətində görcək Sultan-bəyin gözü düşür ona. Sultan-bəy xalaya eşqnamə oxuyan yerdə Əsgər arşınmalçı cildində ortaya çıxır və bəyə təklif edir: “Gəl ikibaşlı qohum olaq. Mən xalanı verim sənə, sən də qızını ver mənə”... Sultan-bəy özündən çıxır: “Nə?!?Buna bax! Rədd ol burdan!”… 

    A N T R A K T 


İKİNCİ AKT 


  1. Sultan-bəyin evində 
    Süleyman Sultan-bəyin evinə elçi gəlib. O, Sultan-bəyin qızını tacir Əsgər üçün istəyir. Əsgər varlı gənc tacirdir deyə, Sultan-bəy bu işə məmnuniyyətlə razılıq verir. Elçilik əsnasında Süleyman ilə Asiya gözucu bir-birini görür, bir-birinə aşiq olurlar… 

    7. Sultan-bəyin evi qarşısında 
    Vəli isə həmin evin qulluqçusu Tellini dilə tutub adaxlıbazlığa keçir. Telli də bu işə meyillidir, amma bir məsələ qızı yaman darıxdırır: görəsən, Vəlinin pulu varmı? «Var, var!» – deyə Vəli dönə-dönə Tellini əmin edir. 

    8. Sultan-bəyin evində 
    Sultan-bəy qızına xəbər verir ki, onu tacir Əsgərə ərə verməyi qət etmişdir. Gülçöhrə atasını heç cür bu qərardan döndərə bilmir, əlacsız qalıb atasının üzünə durur: «Ata, mən arşınmalçıdan başqa heç kimə ərə getməyəcəyəm»… Sultan-bəy qızın tərsliyinə bərk acıqlanır, xəncərini çəkib Gülçöhrəni hədələyir, evdəkilərin hamısını qatır bir-birinə... 

    9. Sultan-bəyin evi qarşısında 
    Sultan-bəy çox düşünüb-daşınır, amma başqa yol görmür: elçiyə verdiyi sözünü doğrultsun deyə, gərək elə etsin ki, Əsgərin adamları gecə ilə gəlib Gülçöhrəni qaçırsınlar. Onda qız Əsgərə ərə getməyə məcbur qalacaq... 

    10. Bərbəzəkli qonaq otağında 
    Gülçöhrə canına qəsd etməyə hazırdır: “Məni tacir Əsgərə ərə vermək istəyirlər... Özümü bu çilçıraqdan asıb-boğaram, amma arşınmalçıdan başqa heç kəsə getmərəm!..” Əsgər otağa daxil olur. Gülçöhrə onu görən kimi tanıyır və başa düşür ki, tacir Əsgər elə həmin arşınmalçının özüdür. 

    11. Aynalı salonda 
    Beləcə, hər şey aydınlaşır və tacir Əsgərin evində dörd toy birdən qurulur: Əsgər Gülçöhrəni alır, Süleyman – Asiyanı, Sultan-bəy – Cahan-xalanı, Vəli isə – Tellini. 

    12. Final səhnəsi 

Əsgər ilə Gülçöhrə toy səyahətinə – hava balonu ilə Parisə yollanırlar. Bir neçə gündən sonra orada “Paris Mövsümləri” başlanır. 
Sağ-salamat! Parisə! Parisə!

Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Hazırda olacaq digər hadisələr

Teatr
18 noyabr, 19:00
Akademik Milli Dram Teatrı
theatre
19 noyabr, 19:00
Azərbaycan Dövlət Musiqili Teatrı

Review

Zəhmət olmasa, şəxsi təcrübəniz əsasında şirkətin işinin keyfiyyətinə dair konstruktiv, əsaslandırılmış və informativ mətn yerləşdirin.

İcazə verilmir : normadan kənar ədəbsizliklərə, təhqir və hədələrə; rəqib olan digər şirkətlərlə birbaşa müqayisəyə; üçüncü tərəf internet mənbələrin linklərini yerləşdirməyə; reklama və öz-təşviqata, şirkətin fəaliyyətləri ilə əlaqədar bəyanatlara.

E-maili daxil edin:
Sizin emailiniz saytda göstərilməyəcək
və ya log_in , for write feedback
Feedback:

Foto yükləyin:
Seçmək
Afişa
Göstərmək
Teqlər
Göstərmək