22 İyun, saat 20:00-da MTV Avropa musiqi mükafatının qalibi, Eurovision 2010 Beynəlxalq Musiqi Yarışmasının 2-cisi, Türkiyənin alternativ rok qrupu olan maNga Elektra Events Hall-da sizləri qarşılayacaq. Ən populyar hitlərini sizlərlə birgə ifa edəcəklər.

  • Qapılar açılır – 18:00

  • DJ çıxışı (preparty) – 19:00

  • maNga çıxışı – 20:00

  • DJ çıxışı (afterparty) – 21:30 - 23:00

    Ümumi zonanın ön hissəsində iki sıra (Zone 1 & 2) təşkil olunacaq. Bu sıralara məhdud sayda bilet satışı mövcuddur vəümumi zonanın digər hissəsindən dəmir arakəsmələr ilə ayrılacaq. Konserti sıxlıq yaşamadan ən öndən izləmək üçün bu sıralara bilet əldə etməyə tələsin.