Əksər ev pişikləri kimi bizim qəhrəman Toppuş isti və rahat evdə yaşamaqdan həzz alır. Lakin onun oğlu pişik balası Diribaş belələrindən deyil. O heç vaxt bir yerdə oturmağı sevmir, əksinə səyahət etmək istəyir. Çəhrayı Yuxular Vadisinə səfər etmək arzusu ilə yaşayan pişik balası uçan aparat düzəldir və onun vasitəsilə pəncərədən uçur.