“Organic Food Festival 2019” layihəsi hər il ənənəvi olaraq yay mövsümünün başlanması münasibəti ilə Dənizkənarı Milli Parkda gerçəkləşəcək.

Layihənin məqsədi Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin davamı olaraq “Made in Azerbaijan”ın təşviqində iştirak etmək, həmçinin ölkədə satışı həyata keçirilən insan sağlamlığına zərəri olmayan ekoloji sağlam qida və içkilərin mövcud və potensial müştərilər ilə birbaşa ünsiyyət quracağı əyləncəli açıq hava festivalının təşkilidir.

Festivalda qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş etdiriləcək.