Noyabr ayının 24-ü Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçiriləcək!
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev və Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Filip Kopaçevski bir araya gəlib, izləyicilərə fantastik bir axşam yaşadacaq!
Proqramda Karl Veber, Lüdviq Van Bethoven və Frants Şubertin əsərləri səslənəcək!
Əsərlər:
K.Veber - "Der Freischütz" operasına uvertüra
L. Bethoven - Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73
F.Şubert - Tamamlanmamış simfoniya, h-moll.

Ruhunuzu oxşayacaq musiqi dolu saatlar üçün bilet almağa tələsin!