Noyabrın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Mixail Turetskinin "SOPRANO" art qrupunun konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.
 
"SOPRANO" M.Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə – ən yüksəkdən (koloratur soprano) ən aşağıyadək  (mezzo) – rast gəlmək mümkündür.