Müddət: 60 dəqiqə
Yaş həddi: 15+
Quruluşçu rejissor və müəllif: Elmin Bədəlov
Rəssam: Leyla Quliyeva
Rollarda: Fərizə Babayeva, Elgün Həmidov, İskra Tarrant, Minira Babayeva, Nicat Azayev
Xoreoqraf: Rumiyyə Ağayeva

ADO estetikasının formalaşmasında mühüm rol oynayan STOP tamaşası sözsüz bir oyundur. Yalnız “stop” sözündən ibarət olan adrenalin dolu tamaşa sizi xəyallarınızda başqa bir dünyaya səyahətə aparacaq. Həmin başqa dünya elə öz yaşadığımız dünyaymış sən demə...