Noyabrın 17-də Heydər Əliyev Sarayında Rusiyanın «Молчи и

танцуй» teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, dünya

şöhrətli ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr

adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim

olunacaq.

Muasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət

və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı

parlaq sujet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə

birgə yaşamağa köməklik edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından

biri olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance,

hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

Saat 16:00-da başlayacaq.