"Priyut komedianta" Teatrı

Ölkə: Rusiya
Rejissor: Mixail Bıçkov
Müddəti: 1 saat 40 dəqiqə
Janr: eksperimental dram
Yaş həddi: 16+
Dil: rus dili, Azərbaycan dilində subtitrlər ilə

Adi polis şöbəsi. Saxlanılan və dindirilən Moskva yaxınlığındakı Podolsk şəhərində yaşayan otuz yaşlı cavandır. Saxlanılma səbəbi aydın deyil – sərxoş deyil, səliqəli geyimdədir, sənədləri qaydasındadır, şəxsiyyəti təsdiq edilib. Lakin polis şöbəsinin əməkdaşları çox emosional dindirmə aparırlar, onu cibinə narkotik maddə atmaqla yaxud çoxdankı açılmamış hadisələrdə onu şübhəli şəxs kimi təqdim etməklə təhdid edirlər. Cinayət hesabatları və detektiv hekayələrdən olan tipik hal... Lakin qüdrətli polisi bu qədər qiymətsizləşdirmək olarmı?

 Polis əməkdaşları tərəfindən qaldırılan məsələlər tamamilə protokola və sağlam məntiq qanunlarına uyğun deyil. Bu tamaşa daim hər şeydən – nəm iqlim, darıxıdırıcı iş, laqeyd ər və ya arvad yaxud darıxıdırıcı həyatdan – narazı olanlar, hər şeydən şikayət edənlər üçündür. Bəlkə onlar da heç olmazsa bir dəfə “Podolskdan olan adamın” düşdüyü polis şöbəsinə baş çəkməlidirlər?!