“Sardegna” Teatrı

Ölkə: İtaliya
Rejissor: Alessandro Serra
Müddəti: 1 saat 30 dəqiqə
Janr: eksperimental dram
Yaş həddi: 16+
Dil: sardin dili, Azərbaycan dilində subtitrlər ilə

Zınqırovların və qədim alətlərin tutqun səsləri, heyvan dəriləri, buynuzlar, mantar. Jest və səsin gücü, Dionis ilə qohumluq və eyni zamanda rəqs və mahnı ifalarının inanılmaz dərəcədə dəqiqliyi. Kədərli maskalar və qan, qırmızı şərab, təbiətin insan tərəfindən əhliləşdirilən qüvvələri. Lakin hər şeydən üstün olan, qaranlıq qış fəsli. Təəccübləndirən məqam U. Şekspirin şah əsəri ilə Sardiniya adasında tapılmış maskaların müxtəlifliyi arasında olan analogiyaların sayıdır. Sardin dili məhsuldarlığı azaltmır, o, italyan dilində sadəcə olaraq ədəbiyyat kimi qala bilənləri nəğməyə çevirir.

Parametləri və təxəyyüldə mövcud olduqlarını yaradan aktyorların bədənləri boş oyun səhnəsini canlandırırlar - daşlar, torpaq, dəmir, qan, döyüşçü pozaları, qədim Nuragi sivilizasiyasının qalıqları fonunda. Mahiyyət mənanın ötürülməsində deyil, alıcı üzərinə düşən ilkin gücdədir.