C. Cabbarlı “Almaz” “Almaz” əsəri keçmiş Sovet ideologiyasına, kolxoz quruculuğuna həsr olunmuşdur. Almaz XIX əsrdə uçqar Azərbaycan kəndində yoxsul kəndli ailəsində doğulmuş, Sovet dönəmində Bakıda müəllimlik dərsi oxuyaraq, yenidən öz kəndinə qayıtmış gənc qızdır. O, öz doğma kəndində müəllimlik edərək, keçmişlə mübarizə edir. Keçmişin qalıqları Almazı qəbul etmirlər. Əsər kolxoz hərəkatına həsr olunsa da, Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun quruluşunda “Almaz” tamaşası kolxoz hərəkatına yox, yeniliklə köhnəliyin mübarizəsinə həsr olunub. Almaz tamaşasında baş qəhrəman güclü düşmənlərlə bacarmır, qələbə çala bilmir, lakin bu mübarizə onu həyatda daha mübariz olmağı öyrədir.