Azərbaycan xalq nağılı. “Göyçək Fatma” Quruluşçu rejissor – Nicat Kazımov Əməkdar Artist Öz ögey anasının və ögey bacısının verdikləri zülümlərə mətanətlə sinə gərən Fatma atasının ürəyi ağramasın deyə həmişə susur. Evin bütün işlərini bu yetim qızın üstünə yükləyən ögey ana onlar qonaqlıqdan qayıdana qədər yunu əyirib, corab toxumağı tapşırır. Külək yunu aparır. Onu tutmaq üçün ardınca qaçan Fatma gəlib meşəyə çıxır. Burada Qarı ilə rastlaşır. Qarının qulluğunda övlad kimi dayanan Fatma ondan iyrənmir, hər bir işini ürəklə görür. Qızın bu nəcibliyini görən Qarı onun səadətə qovuşması üçün əlindən gələni edir. Xeyirxah Göyçək Fatma Şahzadəyə ərə gedir. Bütün pisliklərini və ona verdikləri olmazın zülümlərə baxmayaraq, Fatma ögey anasını və bacısını bağışlayır. Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa balalarımıza insanpərvərlik, ədalətli olmaq kimi gözəl duyğular aşılayır. Milli geyimlər, gözəl rəqslər və diqqətçəkən aktyor oyunu tamaşaçını heyran qoyur.