Fəlakətin birinci filmi, tamaşaçıya Fəlakətin ilk addımlarından bu günə kimi həyatını əks etdirir. Bu filmdə siz Fəlakətin evini, sevgilisini, qonşularını və sevimli "balalarını" tanıyacaqsınız. Fəlakətin məhəlləsinin üzərini qara buludlar alıb. Onun uşaqlıqdan böyüyüb, boya-başa çatdığı məhəlləni sökmək istəyirlər. Məsələ isə burasındadır ki, Fəlakətin qonşuları narazıdı, amma Fəlakətin özünün isə heç vecinə də deyil... Qonşular və tikinti şirkəti ilə olan gülməli qarşıdurmanın şahidi olmaq üçün, onun aləminə səyahət etmək gərəkdir.