Sizi 1-2 dekabr tarixlərində "Landmark hotel/Rotunda hall"-da təşkil olunacaq "Winter Bazar" xeyriyyə yarmarkasına dəvət edirik. Yarmarkada 60-dan çox yerli və xarici brend öz məhsullarını: geyimlər, aksessuarlar, baş örtükləri, suvenirlər, kosmetika və ətriyyat, oyuncaqlar, master klaslar, gözəl əl işləri və maraqlı dizayn nümunələrini nümayiş etdirib satışını həyata keçirəcəkdir. Eyni zamanda Siz burada sağlamlıq imkanları məhdud şəxslərlə tanış olub onların hazırladığı əl işlərini də ala bilərsiniz. Beynəlxalq Əlillər Günü ərəfəsində keçirilən yarmarkadan əldə olunan vəsaitin bir hissəsi də məhz əlil uşaqların ehtiyaclarının ödənilməsinə sərf olunacaqdır.

Ətraflı məlumat üçün: hqsevent@gmail.com
Instagram: @hqsgroup 
Ünvan: Landmark hotel/Rotunda hall, Nizami kucesi 90 A
Hörmətlə, HQS Group