Məşhur marketoloq Andrey Fedoriv Bakıda təlim keçəcək

Fedoriv “brandfather” müəllif təlimi keçəcək

29 noyabr tarixində “Boulevard Hotel Baku” mehmanxanasında “FEDORIV” müstəqil yaradıcı şirkətinin sahibi və təsisçisi ukraynalı Andrey Fedoriv tərəfindən brendlərə və yeniliklərə həsr olunmuş “BRANDFATHER” təlim seminarı keçiriləcək.

Andrey Fedorivin köməyi ilə dünyanın müxtəlif hissələrindəki yüzlərlə brend qlobal olmağı bacarmışdır. “FEDORIV” beynəlxalq yaradıcı şirkətinin təsisçisi olan ekspert, uğurlu sahibkar kimi tanınır. Almaniya, ABŞ, Norveç, İsveçrə, Səudiyyə Ərəbistanı və Sinqapur da daxil olmaqla, 15-dən çox ölkədə fəaliyyət göstərən biznes nümayəndələri ilə işləyən şirkət üç ədəd Red Dot Awards mükafatı, FWA mükafatı, awwwards və iF Design mükafatı ilə təltif olunub.

Marketinq kurslarının, eləcə də sahibkarlığın təbliğatına həsr olunmuş “FEDORIV VLOG” YouTube vloqunun müəllifi olan Andrey Fedoriv biznes təlimçisı kimi də kifayət qədər ciddi uğurlar qazanıb.
Marketinq tədbirində iştirak edən biznes rəhbərləri marketinq şöbələrinin və reklam agentliklərinin işinə nəzarət etməyi və brenlər ilə iş zamanı başqa insanların səhvi ucbatından pul itirməməyi öyrənə biləcəklər. Seminar qida məhsulları, elektron ticarət, pərakəndə satış, daşınmaz əmlak, bank işi və B2B sahələrində uğurlu brend inkişafı nümunələri ilə tanış olmaq imkanı yaradacaq.
Tədbir, 29 noyabr tarixində aşağıdakı ünvanda yerləşən “Boulevard Hotel Baku” mehmanxanasında (Tağıyev zalında) keçiriləcəkdir: Bakı şəhəri, Xəqani Rüstəmov küç. 4C.
İştirak və ödəniş ilə bağlı sualları brandfather@fedoriv.com elektron ünvanına göndərə bilərsiniz.

Seminar ilə bağlı ətraflı məlumat əldə etmək üçün http://events.fedoriv.com/baku ünvanına müraciət edin.