Stefan Vincent – Amsterdamlı DJ və musiqi prodüseri.

Onun trekləri əsasən proqressiv texno yönümündədir. 2010-cu ildən etibarən Stefanın trekləri Anagram, Dynamic Reflection, Traut Muzik, Balans, ART Records kimi fundamental leybllarda işıq üzü görür.

Steve Rachmad, Surgeon and Jeff Mills kimi əvəzsiz musiqiçilər Stefan Vincentə öz musiqisini yazmaqda böyük ilham mənbəyi olmuşlar. Laurent Garnier, ROD and Dimi Angélis kimi tanınmış texno DJ və prodüserləri onun musiqilərini böyük maraqla izləyirlər.

O, canlı çıxışları ilə fərqlənir. DJ və ya Live Set oynamağından asılı olmayaraq Stefan Vincent dərin, zəngin və dinamik musiqisini özünəməxsus şəkildə klub məkanına ötürür.

Kifayət qədər keyfiyyətli texno relizləri ilə Stefan bütün dünya üzrə ürəkləri qazanmağı bacarmışdır.