Forum haqqında

Azərbaycanda layihə menecmenti sahəsində ilk ümumrespublika forumu minlərlə mütəxəssisin cəlb olunduğu sahənin inkişafını qiymətləndirmək, beynəlxalq layihə menecmenti standartlarını rəsmi səviyyədə təqdim etmək və bu istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətilə ölkə səviyyəsində nümayiş etdirmək niyyətindədir. 
Forumun təşkilatçısı Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasıdır (AzPMA). AzPMA artıq 19 ildir ki, International Project Management Association (IPMA) təşkilatının Milli Tərəfdaşıdır və layihə menecmenti üzrə beynəxalq sertifikasiyanı həyata keçirir.