24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya 
və Yüksək Texnologiyalar Sərgi və Konfransı 

4 - 7 dekabr tarixlərində sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
Tələbələr yalnız 6 və 7 dekabr tarixlərində daxil ola bilərlər.
Yaşı 17-dən az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə yalnız 7 dekabr sərgiyə daxil ola bilərlər.

Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.