Gecə Heydər Əliyev Sarayında keçiriləcək

“Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin yaradıcılıq gecəsi keçiriləcək.

Gecədə tanınmış estrada ulduzları ilə yanaşı, Azərbaycan vokalçıları da çıxış edəcək.

Oktyabrın 4-də Heydər Əliyev Sarayında keçiriləcək gecədə ifaçıları Televiziya və Radionun Niyazi Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Nazim Hacıəlibəyov) və “Qaytağı” Ansamblının (bədii rəhbər xalq artisti Ənvər Sadıqov) müşayiət edəcək.

Bakucity.az