"Məhəbbət tanqosu(1 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Astor Pyatsolla

Libretto müəllifi: Liliya Sabitova

Tipi: Modern

Tamaşanın müddəti: 1 saat

 

Quruluşçu xoreoqraf: Liliya Sabitova (Rusiya Federasiyasının Xalq artisti)

Quruluşçu rəssam: Yusif Babayev (əməkdar mədəniyyət işçisi)

Kostyumlar üzrə modelyer: Nəzakət Əhmədova

Baletmeyster-repetitorlar: Kamilla Hüseynova (xalq artisti),Yuri Lobaçov (əməkdar artist)

Tamaşanı idarə edən: Yuri Lobaçov (əməkdar artist)

 

                                              Rollar və İfaçılar

Gülağasi Mirzəyev,Cəmilə Kərimova,Samir Səmədov,Yulia Ferşdandt,Leyla Nərimanzadə,Dinara Yenaliyeva,Samirə Məmmədova,Timur Oduşev,Mehman Mərdanov,Ceyhun Quliyev,Samir Hüseynov.

 

     Raul adlı gənc tavernaya daxil olur. Tavernada çoxlu müştəri vardır. Gənc cütlüklər bir- birilə rəqs edirlər. Ofisiant Raula boş stolda oturmaq üçün yer göstərir. Gənc dalğın halda oturaraq ətrafa göz gəzdirir. O öz rəfiqəsini gözləyir

     Musiqiçilər ifa edir. Laura daxil olur və tavemanın qonaqları qarşısında rəqs edir. Onun siması və gözəl rəqsi bütün müştəriləri heyran edir.

     Raul həyəcanlıdır. Lauranın rəqsi onu sanki ovsunlamışdır. Taverna sahibi Migel Lauraya müştərilərin stollarına yaxınlaşmağı və onların qarşısında rəqs etməyi əmr edir. O öz rəqsi ilə topladığı pulları ağasına verməlidir. Gənc gözəlçə Raulun özünə qarşı marağını hiss edərək onun stoluna yaxınlaşır və oğlanın diqqətini cəlb etmək, onu daha da şirnikləndirmək üçün qarşısmda rəqs edir. Migel daha çox pul qazanmaq imkanı olduğunu başa düşür və stola bahalı içkilər gətirir.

     Raul qızın rəqsindən sanki məst olmuşdur, balaca cadugər isə əlmdə şampan şərabı ilə dolu qədəh tutaraq onun stolunun üzərində rəqs edir. Raul tavernada görüş təyin etdiyi rəfiqəsi Terezanın stola yaxınlaşdığım hiss etmir. Qəzəblənmiş Tereza rəqsi dayandırmağa çalışaraq stolu aşırır, lakin Laura cəld oğlanın qolları arasına atılır. Raul qızı buraxmaq iqtidarında deyil və o hər şeyi unudaraq Laura ilə birlikdə tavernadan qaçır.

     Taverna sahibi onlara mane olmağa çalışsa da, cəlıdi boşa çıxır. Sevgililər təbiət qoynundadırlar. Məhəbbət və ehtiras onların gözünü elə kor etmişdir ki, Migelin xidmətçilərinin onları əhatə etdiyi və hədələdiyini hiss etmirlər.

     Raul xidmətçilərlə qeyri-bərabər döyüşə girir, lakin möhkəm döyülür. Onu xilas etmək üçün Laura Migelin adamları ilə tavemaya qayıdır.

     Yenidən tavema. Növbəti tamaşa gedir, hamı məşhur rəqqasəni gözləyir və Laura müştərilər qarşısında rəqs edir. Lakin onun qəlbi ağrıyır və rəqsi çox sönükdür

     Migel güclə qızı özü ilə rəqs etməyə məcbur edir. Tamaşaçılar onları ruhlandırırlar. Təhlükəyə baxmayaraq Raui tavemaya gəlir. O öz hisslərinə hakim ola bilmir, sevgilisinin Migel ilə rəqs etdiyini görərək çox qısqanır.

     Tereza Raula yaxınlaşır. O hər şeyi unutmağa və Raulu bağışlamağa hazırdır. Raul fikri dağınıq halda qızı dinləyir, lakin onun diqqəti yenə də Migellə Lauradadır,Tereza Raulu geri qaytarmağın mümkün olmadığım anlayır, onun qəlbində nifrət və intiqam hissi yaranır. Bu müddətdə tavemada şənlik davam edir, qızlar rəqs edir və buradakı oğlanları da rəqsə dəvət edirlər. Migel Raulu görərək qəzəblənir və mühafizəçilərə hazır olmaq əmri verir.

     Raul Lauranı axtarır. Laura yenidən səhnədə tamaşaçılar üçün rəqs edir. Lakin bu zaman Raulu görür və indi onun rəqsi yalnız Raul üçündür. Gənc hər şeyi unudaraq qızın yanma tələsir, Laura yenidən onun qolları arasındadır. Mühafizəçilər, Tereza və Migel onların yanındadır. Onlar sevgililəri ayırmağa çalışsalar da, buna müvəffəq olmurlar. Tereza əlindəki biçağı qızm ürəyinə sancır. Hamı dəhşət içərisində donub qalır, qatili aparırlar. Bədbəxt Raul sevgilisini həyata qaytarmağa çalışır, lakin hər şey əbəsdir, Laura oğlanın qolları arasında can verir Həyat isə davam edir. Məhəbbət əbədi yaşardır.