"Şah İsmayil" (3 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Müslüm Maqomayev

Libretto müəllifi: Müslüm Maqomayev və  Mirzə Əbdülqədir Vüsaqi

Janr: Faciə

Dil: Azerbaycan

Tamaşanın müddəti: 2 saat 45 dəqiqə

 

Tamaşanın dirijoru: Cavanşir Cəfərov (xalq artisti)

Quruluşçu rejissor: Ağababa Bünyadzadə (xalq artisti)

Quruluşçu rəssam: Ənvər Almaszadə (əməkdar rəssam)

Rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

Xormeyster: Sevzixan Sərdərov

Baletmeyster: Qəmər Almaszadə (SSRİ xalq artisti)

 

                                        Rollar və İfaçılar

Şah İsmayil: Təyyar Bayramov,Aslan Şah: Taleh Yahyayev,Ərəb Zənçi: Gülüstan Əliyeva,Gülzar: Fəridə Məmmədova,Vəzir: Fərid Əliyev,İbn Tair: Tural Ağasiyev,Rəmmal: Nəzər Bəylərov,Qoca ərəb: Əli Əsgərov.

                                      OPERANIN QISA MƏZMUNU

                                                    Birinci pərdə

     I şəkil. Taxt-tacmdan əl çəkinək istəməyən və saray əhlindən şübhələnən, qocalmış Aslan şah vəziyyətdən şikayət edir. Vəzir ona məsləhət görür ki, remmah çağırtdırsın. Səltənəti hiylə ilə ələ keçirmək arzusunda olan vəzir satqm rəmmalı saraya dəvət edir. Rəmmal qoca şahı şahzadə tsmayıldan şübhələndirir. Vəzirin məsləhəti ilə Aslan şah oğlu şah İsmayıh başqa bir dövləti məğlub edib bir padşah başı gətirmək üçün uzaq səfərə göndərir.

     II şəkil. Ərəb qəbiləsinin əmiri İbn-Tahiıin gözəl qızı Gülzar vahə yanında görünür. Qəbilənin zəngin tacirlərindən olan Əbu-Həmzə öz sevgisini Gülzara bildirir; lakin Gülzar onun sevgisini rədd edir. Əbu-Həmzə qızı izləməkdə davam edir. Yol azmış şah İsmayıl bu gözəl qıza təsadüf edir, hər ikisi bir-birini sevirlər.

Bu hadisəni görən Əbu-Həmzə əhvalatı qızm atasına xəbər verir. Onlar başqa bir yerə köçməyi qərara alırlar.

     III şəkil. Şah İsmayıl öz qoşunları ilə buraya gəlmişdir ki, Gülzarı qaçırsın, lakin qəbilənin köçdüyünü bilincə məyus olur. Bir qoca ərəb buraya gəlir və Gülzarın göndərdiyi üzüyü Şah İsmayıla təqdim edib, ona bələdçilik etməyə hazır olduğunu bildirir.

                                                   İkinci pərdə

Yol üzərində köhnə qalada Ərəb Zəngi adlı bir qız yaşayır. O, kişiləri smaqdan keçirir. Kim onun qolunu qatlasa ona gedəcəyini bildirir. Gəlib-gedən kişilərin arxasını yerə vurub öldürür.

Ərəb zəngi Şah İsmayılla üzləşir. Şah İsmayıl Ərəb Zəngini yıxdıqdan sonra onun qız olduğunu görür. Şah İsmayılın gözü Gülzarın verdiyi üzüyə sataşır. O, Ərəbzəngiyə gülzarın eşqi ilə yaşadığım söyləyir.

                                                 Üçüncü pərdə

     I şəkil. Gülzarın toyudur. Onu zorla Əbu-Həmzəyə verirlər. Qonaqlar böyük şənlik edirlər, hamı çalıb oynayır. Yalmz Gülzar gözlərini həsrətlə ucsuz-bucaqsız qum səhrasına dikib sevdiyi oğlanın yolunu səbirsizliklə gözləyir. O, heç də yamlmır. Şah İsmayılın qoşunları qəbiləni mühasirəyə alırlar. Qəbiləni məğlub edən Şah İsmayıl Gülzarı özü ilə aparır.

     II şəkil. Beş aydır ki, Şah İsmayıldan xəbər yoxdur. Aslan şah təşvişdədir. Vəzir onu riyakarcasına sakit etməyə çalışır. Şeypurlar Şah İsmayıhn səfərdən qayıtdığım xəbər verirlər. Böyük təntənə ilə Şah İsmayıl Gülzarla saraya gəlirlər. Aslan şah oğlundan padşah başı tələb edir. O isə Gülzarı gətirdiyini bildirir. Tapşırığına əməl olunmadığı üçün şah əmr edir ki, Şah İsmayılın gözlərini çıxarsınlar.

     III şəkil. Aslan şah xəstədir. Ona elə gəlir ki, bütün saray adamlan onu izləyir. O, hər şeydən şübhələnir və böyiik iztirab çəkir. Bir tərəfdən səltənət, taxt-tac, digər tərəfdən oğlunu itirməsi onu bir an rahat buraxmır. Bu vəziyyətdən istifadə edən vəzir şaha şərab içində zəhər verir. Şah öliir. Bu aııda Şah İsmayıl saraya gəlir.

Bir nəfər şahın vəzir tərəfindən öldürüldüyünü xəbər verir. Şah İsmayıl vəziri öldürür Özü taxtaçıxır, hamı onu alqışlayır.