dı dillər əzbəri olan, 4 dəfə ekran üzü görmüş və müxtəlif ölkələrdə səhnəyə qoyulmuş dahi bəstəkar Üzeyir Hacıbəyovun sonuncu operettalarından hesab olunan "Arşın Mal Alan"-ı bilməyən yoxdur. Kimisi filmini, kimisi tamaşasını izləmişdir. Bəs marionet kuklaların təqdimatında necə? “Yox, ancaq izləmək xoş olardı” deyirsinizsə sizi 9 Dekabr saat 18:00-da Bakı Marionet Teatrında "Arşın Mal Alan" operettasının marionet quruluşlu tamaşasını izləməyə dəvət edirik. Tamaşa “Şaxta Baba Ucqar Kəndlərdə | Santa Claus in Remote Villages” layihəmizə dəstək üçün nümayiş olunacaq. Siz bizdən tamaşaya dəvətnamə əldə edib, qarşılığında layihəyə pul ianəsi etməlisiniz.
Sonda tamaşaçılar teatrın çay süfrəsinə dəvət olunacaq. Qonaqlara Şaxta Baba layihəsi ilə bağlı məlumat verib, əvvəlki illərdən foto-təqdimat göstəriləcək. 
Hər kəsə tamaşanın fotolarından hazırlanmış açıqcalar hədiyyə olunacaq.

Dəvətnamələri əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlayın:

+99455 284 46 22 Tural Omarov
+99451 400 90 91 Elvin Məmmədsoy

Bakı Marionet Teatrının ünvanı - Müslüm Maqomayev küç. 20, İçərişəhər