Trubadur”

Yaş həddi: 6+

Müəllif:  Cüzeppe Verdi

Quruluşçu rejissor: Hüseyn Əliyevin

Janr: Faciə

Pərdə: 4

Dil: İtalyan

C.Verdi “Trubadur” operasının musiqisini cəmi 29 gün ərzində yazmışdır. Operanın librettosunu isə ispan dramaturqu A.Quteresin eyni adlı pyesi əsasında C.Kammarano qələmə almışdır. Tamaşanın premyerası 1853-cü il yanvarın 19-da Romada baş tutmuşdur. “Trubadur” elə ilk tamaşadan sonra tamaşaçılar tərəfindən sevilmiş və Verdinin ən populyar əsərlərindən birinə çevrilmişdir. Dörd pərdədən ibarət olan bu möhtəşəm opera yüz altmış ilə yaxındır ki, operasevərlər tərəfindən böyük maraqla qarşılanır. “Trubadur” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti rejissor Hüseyn Əliyevin quruluşu və dirijor – Xalq Artisti, professor Cavanşir Cəfərovun təfsirində səhnəyə qoyulmuş, 2009-cu ildə bərpa edilmişdir.Hazırda repertuarda ən baxımlı tamaşalardan biridir.