Cəfər Cabbarlı. “Aydın” Eyniadlı pyesin motivləri əsasında səhnə redaksiyası: Cənnət Səlimova Quruluşçu rejissor – Cənnət Səlimova Xalq Artisti Tamaşa iki gəncin nakam məhəbbətindən bəhs etsə də, əslində insanlar arasında təbəqələşmənin ən ağır fəsadları göstərilir. Dövlət bəy kimi harınlar Gültəkin kimi gözəl xanımları ələ keçirmək üçün min cür hiyləyə əl atırlar. Nəticədə, Aydın kimi təmiz, istedadlı bir gənc işsiz qalıb tüfeyli həyat sürməyə başlayır. Öz sevgilisini qurtarmaq naminə yanlış addım atan Gültəkin böyük xəyanətinin ağır cinayət olduğunu anlayandan sonra zəhər içib özünü öldürür. Neft və milyonlar səltənətində ağır zəhmətlə çalışan fəhlələrə olan haqsızlıqlar, ədalətsizlik qabarıq səhnə şərtiliklərini ilə təcəssüm tapır.