Dostlar, dekabrın 5-i sizi gənc rusiyalı xoreoqraf və rəqqasə Alyona Veselovanın ustad dərsində iştirak etməyə dəvət edirik.

Usta dərsində iştirak edənlər müasir xoreoqrafiyanın əsaslarını və rəqs improvizə prinsiplərini öyrənə biləcəklər. İmprovizasiya rəqqasın hərəkətinin azadlığını, onun vücudunun hərəkətdə öyrənməsini nəzərdə tutur.

Proqram, iştirakçıların müxtəlif bilik səviyyələrini nəzərə alaraq tərtib olunub. Tədbirdə həmçinin rəqs sənətindən anlayışı olmayanlar da qatıla bilərlər.
Müddəti: 1,5 – 2 saat
Geyim: uzun qollu boş idman geyimləri, şalvar, qalın corab

PROQRAM
• İsinmə
• Horton texnikasının əsas hərəkətləri (modern)
• Horton texnikasında rəqs bağlamaları
• Parterdə (döşəmədə) əsas hərəkətlərlə məşq
• İmprovizasiya
• İmprovizasiya bağlamaları

Alyona Veselova – xoreoqraf, rəqqas, pedaqoq. Stage Dance Akademiyasında (Moskva) təhsil alıb. Modern, contemporary, contamination, partnerinq, funk, vogue, idman və bal rəqsləri sahələrində çalışmışdır. Kseniya Şlezingerin (Moskva) yaradıcı qrupunda çıxış edib. Rusiya və Ukrayna xoreoqraflarla işləmişdir. Bruno Caverna (Braziliya), Stefen Aspinall (Birləşmiş Krallıq), Aleksandr Moqilyev (Ukrayna), Vasili Kozar (Ukrayna), L. Mosquitos (Rusiya) kimi ustadlardan dərs alıb.

Ustad dərsi rus dilində keçiriləcək

5 dekabr, 19:00
YARAT mərkəzi
Tələsin! Yerlərin sayı məhduddur!
Qeydiyyat üçün: 012 505 1414
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır