Cümhuriyyətimizin 100-cü ili ilə bağlı olaraq yalnız milli hökümətin 23 aylıq fəaliyyətini deyil, eyni zamanda 28 may istiqlalına gedən yolu, həmçinin, aprel istilasından sonrakı mübarizə və həyat yollarını o dönəmi yaşamış və proseslərin içində olmuş birinin gözü ilə oxucu kütləsinə çatdırmaq üçün bir əsər nəşr etdirmək fikrində idik.
Dilqəm Əhmədin məsləhəti ilə bütün bu cəhətləri özündə birləşdirən ən uyğun kitabın Mirzə Bala Məmmədzadənin "Milli Azərbaycan Hərəkatı" adlı əsəri olduğu qənaətinə gəldik.
İlk dəfə 1938-ci ildə Berlində nəşr olunan kitab ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra 1992-ci ildə, Ə. Elçibəy hökumətinin dönəmində kiril qrafikasında çap olunmuşdur. Ancaq təəssüf ki, daha sonra kitabın latın qrafikasında yayımı olmadığından müasir oxucu kütləsinin diqqətindən kənar qalmışdır.
26 il sonra Milliyyətçi Gənclər Təşkilatı olaraq kitabı latın qrafikasında yenidən canlandırıb 100 illiyə ərməğan etdik. Dekabrın 9-u saat 17:30-da Fabrika Coworking Center-də baş tutacaq təqdimata hər kəs dəvətlidir.

Əlaqə nömrələri:
051 761 60 81
055 293 32 15