Qubanın Haput və Xınalıq kəndlərinə birgünlük ekotur və yürüş olacaq. Bu turda Şaxta Babanın keçdiyi qarlı dağ aşırımlarından biri olan Haput-Xınalıq aşırımında yürüş edə biləcəksiniz. Turdan əldə ediləcək bütün gəlir bu ilki "Şaxta Baba Ucqar Kəndlərdə | Santa Claus in Remote Villages" layihəsində hədiyyələrin alınmasına xərclənəcək.