Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir. Biz onların gözü ilə uşaqlaşır, böyüyür, maşın alır, evlənir, qocalır və ölürük... Bunlar arzulardadır?

Tragikomediya janrında olan tamaşanın premyerası 2013-cü ilin dekabr ayında ADO teatrında olub. Tamaşanın yaranmasının 5 illiyi ilə əlaqədar iki günlük xüsusi nümayiş təqdim edirik.